AZ

Otuz nəfər irəvanlı təslim olmaq əvəzinə niyəölməyi üstün tutdular? - MARAQLI DETALLAR

Rusiya Dövlət Hərbi Tarixi Arxivində (RQVİA) 1804-cü ilin birinci yarısında regionda yaranmış gərgin vəziyyəti əks etdirən sənədlər saxlanılır. Bunlar içərisində diqqəti çəkənlərdən biri də rus qoşunlarının İrəvana hərəkəti və onun blokadasına dair sənədlər, bir sıra döyüş planları, o cümlədən Eçmiədzin monastırında, “İrəvan qalasının planı”, “İrəvan döyüşünün planı” adlı sənədlər var.

Qeyd edim ki, rusların İrəvanı işğal etməsinə səbəblərdən biri Polkovnik S.Burnaşevin Çara 1787-ci il 8 iyul tarixli məktubu olub.

Məktubda qeyd edilir ki, “Osmanlı sultanı Azərbaycan xanlarını həmişə müdafiə edəcək, İrəvan şəhəri Azərbaycana məxsus olduğundan onun heç zaman Gürcüstanın tabeliyinə verilməsinə razı olmayacaqdır” (Mənbə: Обозрение российских владений за Кавказом в статистическом, этнографическом, топогравическом и финансовом отношениях (ОРВЗ), (Составил Легкобытов). IV. СПб., 1836)

1804-cü il yayının əvvəlində Pavel Sisianov İrəvana qarşı kampaniyaya başladı. 3400 piyada, 1200 süvari və 12 top ilə İrəvana yaxşınlaşan rus qoşunu Məhəmməd Xanın komandanlığı altında təxminən 6 min nəfərlik bir qarnizon tərəfindən müdafiə olunan İrəvan qalasının mühasirəsinə başladı. İrəvan xanlğının ordusu Sisyanova ağır zərbələr vururdular və sentyabrın 2-si 1804-cü ildə onlar sağ qalan əsgərlər ilə birgə Tifilisə geri döndülər.

İrəvan plan-na görə şəhərdə yaşayan ermənilər ruslarla kömək etməli idi, mülkü müşavir Kovalenski çara göndərdiyi məlumatda ermənilər haqqında yazırdı: "Xanın yanındakı erməni məmurlarından biri, İrəvan ermənilərinin başçısı məlik Avram xanın və xalqın dərin hörmətini qazanmışdı. Şübhə yoxdur ki, mənim onunla yazışmamdan sonra məlum oldu ki, nəinki o, həmçinin bütün ermənilər Rusiyaya meyllidirlər".

Lakin Məhəmməd xanın ağıllı siyasəti nəticəsində ermənilər xainlik edə bilmədilər.

1804-cü il avqustun 18-də Rusiya İmperiyasının Xarici İşlər Nazirliyinin rəhbəri knyaz A.A. Çartoryski Osmanlı sultanına hədə qorxu sözləri ilə yazılan məktub göndərir. Məktubdan qısa bir hissə: “...Sizə deməliyəm ki, bizim planımız... Kür və Araz çaylarını sərhədimiz kimi qəbul etmək və qoşunlarımızı Bakı, Naxçıvan, Şuşa və İrəvan xanlıqlarına daxil etməkdir...”

Rusiyanın bu yerləri işğal etməsi Böyük Britaniyanın Şərqdə təsirinə, Ost-Hind kompaniyasının inhisarına ağır zərbə endirə bilərdi. İrəvan ətrafında cərəyan edən hərbi əməliyyatlar, yəni çar Rusiyasının İrəvanı işğal etmək cəhdləri bu bölgənin gələcək fəlakətlərdən qurtula bilməyəcəyindən xəbər verirdi.

Məhz Qərbi Azərbaycan ərazisi əhalisinin ilkin qaçqınlıq dövrü 1801-də Rusiyanın Şərq, Gürcüstanı ilhaq etməsi, Loru-Pəmbəkdəki əhalinin xanlıq ərazisi və Qarsa sığınan, 2000 erməni ilə Loru-Pəmbəkə köçürülməsi ilə başlamışdır ki, bu 1805-ci ildə də davam etmişdir. Rusların İrəvanı tutmasında isə ermənilər daha çox maraqlı idilər. Bunu bir fakt sübut edir. Erməni vilayətinin rəisi 1828-ci il 21 mayda Paskeviçə yazmışdı: “Erməni Hakan Harutyuna Abbas Mirzənin ordusunda topçu kimi xidmət edərkən döyüş zamanı top atəşi rus qoşununa deyil – İrəvan xanının qoşunlarına yönəltmişdi”.

Qeyd edim ki, İrəvan qalası mühasirəyə alınanda Rus generalı Xana təslim olmağı təklif edəndə Çar generalı Benkendorfun İrəvan qalasını təslim etmək tələbini rədd edən İrəvan sərdarı Həsən xan Qacar işğalçılara sərt və birmənalı cavab verdi

"Qalanı təslim etməkdənsə onun dağıntıları altında ölməyim yaxşıdır"

Qalaya sığınmış irəvanlılar nəinki müdafiə olunurdu, eyni zamanda imkan düşdükcə hücuma keçirdilər və ağır zərbələr vururdular.

Sisianov öz gündəliyində etiraf edirdi ki, “otuz nəfər irəvanlının qoruduğu daxmanı mühasirəyə alan podpolkovnik onları təslim olmağa çağırsa da, onlar ölməyi üstün tutdular”

Məhz bu İrəvan planını icra edilməsindən sonra Rusiyanın nəzarəti altında 1828-1830-cu illərdə İran və Türkiyədən Azərbaycana rəsmi olaraq 124 min erməni köçürüldü.Qeyri-rəsmi köçürülənləri də nəzərə alsaq onların 200 min nəfərdən çox olduğunu söyləyə bilərik.Bu köçürülmələr nəticəsində İrəvan və Naxçıvanla birgə Qarabağ əhalisinin də etnik tərkibi kəskin dəyişikliyə məruz qaldı.

İndi Sizlərə Rusiyanın İrəvan planına aid olan bəzi sənədləri təqdim edirəm.

1) İrəvan döyüş planı. Rusiya Dövlət Hərbi Tarixi Arxivi . F. 846. Op. 16. D. 4258. 1-ci hissə. L. 130v.–131.

2) "İrəvan yaxınlığında yürüş edən dəstəni təşkil edən qərargah və baş zabitlərin, eləcə də aşağı rütbələrin sayı haqqında qısa hesabat." Rusiya Dövlət Hərbi Tarixi Arxivi F. 846. Op. 16. D. 4258. Hissə 1. L. 38. Surəti.

3) “1804-cü ilin iyulunda blokada zamanı İrəvan qalasının planı. Praporşik Kovalevski çəkdi”. Rusiya Dövlət Hərbi Tarixi Arxivi. F. 846. Op. 16. D. 4281.

4) 17-ci Jaeger alayının rəisi polkovnik Karyaginin İrəvana hücumla bağlı raportu. Rusiya Dövlət Hərbi Tarixi Arxivi. F. 846. Op. 16. D. 4259. Hissə 1. L. 63.

Zaur Əliyev. dosent, tarixçi

 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
news365.az

1Mənbələr