Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə qəbul imtahanlarının çətin olması ilə bağlı iddialara münasibət bildirib.
Faktmedia report-a istinadən xəbər verir ki, o jurnalistlərə açıqlamasında bildirib ki, imtahanın çətinlik dərəcəsini kimlərinsə fikrinə görə söyləmək doğru yanaşma deyil:
"Nəticəni yalnız imtahanda iştirak edən bütün iştirakçıların nəticələri əsasında söyləmək olar. Statistikaya baxanda görürük ki, qəbul imtahanları ilə bağlı nəticələr necə gözləyirdiksə, elə də oldu".
DİM sədri qəbul imtahanlarının modelinin tədris ilinin əvvəlindən DİM tərəfindən buraxılan jurnalda çap olunduğunu qeyd edərək bildirib:
"Maraqlanan hər kəs bu modellər imtahanda təqdim olunan modeli müqayisə edə bilər. Fevral ayında da sınaq imtahanı keçirilib. Suallar da nəşr edilib və hər kəs üçün əlçatandır".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta