AZ

ABŞ qoşunlarını yerləşdirmək üçün Afrikada ölkələr axtarır

Birləşmiş Ştatlar silahlı qüvvələrini Niger və Çaddan çıxardıqdan sonra hərbi kontingentlərini köçürmək və hərbi əməkdaşlığı genişləndirmək üçün regionda başqa ölkələr axtarır.

Qaziler.az bildirir ki, bu barədə “Associated Press” məlumat yayıb.

“ABŞ qoşunlarının Niger və Çaddakı bazalardan məcburi çıxarılması və bəzi qoşunların Qərbi Afrikadakı digər ölkələrə göndərilməsi bu həftə ABŞ-ın yüksək rütbəli hərbi liderlərinin görüşündə müzakirə olunacaq əsas məsələlərdəndir”, - agentliyin bəyanatında bildirilib.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
qaziler.az

1Mənbələr