AZ

Avropa İttifaqı yol tapdı, Macarıstan hiddətləndi – Rusiya pulları Ukraynaya köçürülür

Avropa İttifaqı Macarıstanın Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin Ukraynanın hərbi ehtiyaclarına köçürülməsinə veto qoymasından yan keçmək üçün boşluq tapıb.

“AzPolitika” xəbər verir ki, bu barədə “Financial Times” xəbər verir.

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Josep Borrell bildirib ki, Macarıstan Avropada bloklanan Rusiya fondlarından əldə olunan gəlirlərin bölüşdürülməsi ilə bağlı əvvəlki razılaşmadan imtina etdiyinə görə, bu pulun necə istifadə ediləcəyi ilə bağlı qərarın bir hissəsi olmamalıdır.

Borrell Macarıstanla razılığa gəlməyə çalışdıqlarına aydınlıq gətirib. Xüsusilə, onlar Budapeştin Ukraynanın özünü dəstəkləməsində iştirak etməməyi, lakin digər Aİ ölkələrinin əksəriyyətinin qərarını əngəlləməməyi təklif ediblər. Macarıstan isə bu razılaşmadan imtina edib.

“Politico” jurnalı yazır ki, bu boşluq Macarıstan siyasətçilərini hiddətləndirib. Borrell bu gün, iyunun 24-də Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin görüşündən əvvəl Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya Yardım Fonduna daxilolmaların ilk tranşını açıqlayıb. Qeyd olunur ki, ilk transfer 2,5 milyard avro təşkil edəcək.

"Və hər hansı problemlərin qarşısını almaq üçün qanuni prosedurumuz var, birinci pul transferi gələn həftə, ikincisi bir neçə həftədən sonra gələcək", - Borrel deyib.

Avropa İttifaqında Rusiya Bankının 210 milyard avroluq aktivləri dondurulub. Onlar ildə təxminən beş milyard avro gəlir əldə edirlər. Aİ ölkələri 2024-cü ilin mayında dondurulmuş Rusiya pullarından istifadə etməklə Ukraynaya dəstək planını təsdiqləyib.

“Politico” bildirir ki, Ukraynaya Yardım Fondu “icraçı agentlər” tərəfindən idarə olunacaq: onlar Kiyevin prioritet siyahısına daxil etdiyi silah və digər malları ala biləcəklər. Nəşrin məlumatına görə, Almaniya, Çexiya və Danimarka bu il “agent” olacaq, digərləri isə gələn il seçiləcək.

Aşkar edilmiş boşluq G7-nin Ukraynaya Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə təmin edilməsi planlaşdırılan 50 milyard dollarlıq kredit vermə yolunu da aça bilər.

Aİ-nin rusiyayönlü ölkəsi olan Macarıstan Rusiyanın təcavüzünü dəf etmək üçün Ukraynaya yardımın əleyhinədir. Budapeşt Aİ-nin Kiyevi silahlandırmaq üzrə 6,6 milyard avro dəyərində daha 7 qərarını əngəlləyir. Bu problem Avropa İttifaqının xarici işlər nazirlərinin bu gün keçiriləcək görüşündə də müzakirə olunacaq.

Rasim Əliyev

“Azpolitika.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
2
azpolitika.info

3Mənbələr