AZ

Ortastatistik məzun təhsil proqramının 44–73%-ni mənimsəmir -DİM

Bakı. Trend:

Ali təhsil müəssisələrinə imtahan vermiş abituriyentlərinAzərbaycan və rus bölmələri üzrə ayrılıqda ortastatistik portretimüəyyənləşdirilib.

Trend xəbər verir ki, bu barədə «Abituriyent» jurnalının 12-cinömrəsində qeyd edilib.

Bildirilib ki, Azərbaycan bölməsində ortastatistik abituriyent Imərhələdə ana dili fənnindən test tapşırıqlarının 40.59,riyaziyyatdan 27.45, ingilis dilindən 41.00%-nə, II mərhələdə anadilindən 53.90, ədəbiyyatdan 47.10, riyaziyyatdan 29.36, fizikadan31.38, kimyadan 30.48, biologiyadan 45.86, tarixdən 32.90,informatikadan 38.42, coğrafiyadan 28.45%-inə düzgün cavabverib.

"Test tapşırıqlarının təhsil proqramı çərçivəsindəhazırlandığını və bu çərçivədən kənara çıxmadığını, qəbulimtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğununəzərə alsaq, belə qənaətə gəlmək olar ki, ortastatistik məzuntəhsil proqramının 44–73%-ni mənimsəmir. Bu isə ümumi təhsilmüəssisələrimizin böyük qismində tədris prosesinin normalaparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isəmüəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından vətədris prosesində yeni təlim üsulları və texnologiyalarındanistifadə edə bilməməsindən irəli gəlir. Odur ki, bu sahədə həyatakeçirilməsi vacib olan digər tədbirlərlə yanaşı, müəllimlərinmüasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsilmüəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsininyüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilikvə bacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır",- deyə bildirilib.

Seçilən
57
6
az.trend.az

7Mənbələr