AZ

“COP29 Azərbaycan-ABŞ münasibətlərinə müsbət təsir göstərəcək” — Deputat

 “Azərbaycan tərəfdaşları ilə əməkdaşlığın gücləndirilməsində maraqlıdır”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Prezident İlham Əliyevlə ABŞ Dövlət Katibi Antoni Blinken arasında iyunun 20-də baş tutan telefon danışığına münasibət bildirən millət vəkili qeyd edib ki, Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında uzunmüddətli bir əməkdaşlıq var: 

“Bu kontekstdən tərəflər arasında əməkdaşlığın gücləndirilməsi və eyni zamanda yeni əməkdaşlıq imkanlarının yaradılması vacibdir. ABŞ-nin Bakı Enerji Həftəsində göndərdiyi müraciət və ABŞ Dövlət Katibinin Prezident İlham Əliyevlə telefon danışığı zamanı toxunduğu məqamlar ondan xəbər verir ki, tərəflər arasında əməkdaşlığın dərinləşməsi ilə bağlı artıq yeni imkanlar var. COP29 bir tərəfdən həm Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə töhfəsini nümayiş etdirəcək, həm də dünyanın aparıcı ölkələri ilə münasibətlərdə yeni mərhələnin başlanğıcı olacaq.  ABŞ COP və iqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı ideyalarda kifayət qədər aktiv dövlətlərdən biridir. Gözlənilir ki, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 Azərbaycan-ABŞ münasibətlərinə müsbət təsir göstərməklə yanaşı, digər ölkələrlə də yeni əməkdaşlıqların yaranması ilə nəticələnə bilər”.

Qeyd edək ki, ABŞ Dövlət katibi Antoni Blinken iyunun 20-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib ki, ABŞ Azərbaycanda keçiriləcək COP29-un uğurla nəticələnməsi üçün səylərini əsirgəməyəcək. Dövlət katibi ABŞ-nin Azərbaycan ilə ikitərəfli əlaqələrə verdiyi əhəmiyyəti qeyd edərək iqlim dəyişikliyi və enerji sahəsində birgə məqsədlərə nail olmaq yolunda ölkələr arasındakı konstruktiv əməkdaşlığı vurğulayıb. Blinken ölkəsinin Azərbaycan ilə yenilənmiş və daha möhkəm ikitərəfli əlaqələri dəstəklədiyini deyib.

Törə Zeynallı
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
demokrat.az

1Mənbələr