Son bir neçə gündə Mahaçqala sinaqoqunda təhlükəsizlik tədbirləri görülməyib.
BAKU.WS xəbər verir ki, bu barədə "Qazeta.ru"ya Dağıstan Yəhudi İcmaları Şurasının sədri Valeri Dibiyayev bildirib.
“İki-üç gün təhlükəsizlik yox idi. Mən belə düşünürəm, mənim fikrim şəxsidir. Amma təhlükəsizlik yox idi, bəli. Mühafizə var idi, bir-iki gün əvvəl çıxarıblar. Niyə? Mən bilmirəm. Şərh verə bilmərəm, bu, mənim səlahiyyətimdə deyil”, - deyə o bildirib.
Mahaçqala sakini "Qazeta.ru"nun müxbirinə məlumatı təsdiqləyib - onun sözlərinə görə, təhlükəsizlik "bu yaxınlarda" çıxarılıb.
BAKU.WS