AZ

Çin Tayvanın prezidentinə ölüm hökmü kəsəcək

Pekin Tayvanın müstəqilliyi tərəfdarlarını cəzalandırmaq üçün məhkəmələrə, prokurorlara, ictimai təhlükəsizlik agentliklərinə və hökumət təhlükəsizlik orqanlarına yeni göstərişlər verib.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, onlardan qanunla ölkənin ərazi bütövlüyünü qətiyyətlə müdafiə etmək tələb olunur.

Bu direktivlərə əsasın separatçıların liderləri ölümə məhkum edilə bilər. Müşahidəçilərin fikrincə, bu təhlükə birbaşa Tayvanın rəhbəri Lay Qinqde ilə bağlıdır.

“Reuters” xəbər verir ki, Tayvan Çin qanunlarının adada heç bir hüquqi qüvvəyə malik olmadığını deyir və ada vətəndaşlarını qorxutmamağa çağırır. Amma Tayvanı öz torpağı hesab edən Çin yanvar seçkilərindən sonra may ayında dövlət başçısı vəzifəsini tutan Lay Qinqdeyə mənfi münasibətini gizlətmir. Pekin onu separatçı adlandırıb və adanın ətrafında bir sıra hərbi təlimlər keçirib.

İndi Pekinin məhkəmələr, prokurorlar və təhlükəsizlik agentlikləri üçün dərc etdiyi yeni təlimatlara görə, müstəqillik tərəfdarları edam, ömürlük həbs cəzası və 10 ildən çox olmaqla həbs cəzası ilə üzləşəcəklər. Yeni direktivlər əvvəlki qanunlara, o cümlədən 2005-ci il “Ayrılmaya qarşı qanun”a uyğundur. Bu qanun Çinə Tayvanın ayrılması və ya ayrılmaq fikrində olması halında ona qarşı hərbi əməliyyatlar üçün hüquqi əsas verir.

Bu məsələ ilə bağlı Çinin İctimai Təhlükəsizlik Nazirliyinin rəsmisi Sun Pin açıqlama verib.


Seçilən
114
1
news24.az

2Mənbələr