AZ

Tarixin və mədəniyyətin daşlaşmış şah əsərləri -FOTO

İnsanların estetik duyğularını ifadə etmək, mədəniyyətlərini və inanclarını nümayiş etdirmək üçün yaradılan heykəllər, zaman keçdikcə yalnız incəsənətin deyil, həm də tarixin bir parçasına çevrilmişdir. Dünyanın müxtəlif bölgələrində yaradılan heykəllər, dövrün insanlarının həyat tərzini, inanclarını və dünyagörüşlərini əks etdirən güclü sənət əsərləri kimi qarşımıza çıxır.

Heykəl sənəti dünyasının ən böyük ustalarının əlindən çıxan şah əsərləri topladığımız bu məzmunu birlikdə incələyək.

Kannon ilahəsinin heykəli

Yaponiyanın Senday şəhərində yerləşən  100 metr hündürlüyündə olan Kannon ilahəsinin heykəli 1991-ci ildə inşa edilmişdir. Buddist tanrıçası Kannon sağ əlində Nöihodzu arzusunun incisini və sol əlində müdriklik suyu olan kiçik bir qabı daşıyır. Bu da onu  “Arzuları yerinə yetirən Kannon” kimi təsnif edir.

“Natamam heykəl” 

Fransada yerləşən bu heykəlin müəllifi Mərakeşli Bruno Katalonodur. Hissələri əskik olan bu  insan heykəli evini, ailəsini, vətənini tərk etmək məcburiyyətində qalan insanların qürbətdə yaşadıqları çətinlikləri, ağrı-acıları özündə əks etdirir. Mühacir, qaçqın, miqrant olmağın zülmlərini dünyaya nümayiş etdirir.

Dünyanın ən böyük quş heykəli

Uzunluğu 61 metr, eni 46 metr və hündürlüyü 21 metr olan əzəmətli quş heykəlinin öz tarixi var. Bu şah əsərin müəllifi hindistanlı Raciv Ançal həyatının 10 ilini heykəltəraşlığın yaradılmasına həsr edib. Böyük quşun içərisində eksklüziv texnoloji möcüzələri olan rəqəmsal muzey və bədəninin bir hissəsi olan qanadda isə 6 proyeksiya teatrı var. Heykəl dəniz səviyyəsindən 305 metr hündürlükdə olmaqla heyrətamiz panoramik mənzərələr təqdim edir.

Neptun/Poseydon heykəli

Neptun/Poseydon heykəli 1975-ci ildə Qran-Kanariya adasında ispan heykəltəraşı Luyis Arensibiya tərəfindən yaradılıb. Bu heykəl Atlantik okeanına baxan qayalıq bir burunda yerləşir. Heykəl tuncdan hazırlanıb və təxminən dörd metr hündürlüyündədir. O, sağ əlində trident, sol əlində isə balıq tutan Neptunu təsvir edir. Heykəlin çimərlikdə dayaz sularda yerləşdirilməsi Neptunun okeandan çıxırmış kimi görünməsinə səbəb olur, tridenti bir əlində tutaraq, digər əli ilə sanki okeanı yanına çağırır.

Birlik heykəli

Hindistanda yerləşən Birlik heykəli ölkənin  baş naziri vəzifəsini icra etmiş və Hindistanın müstəqillik hərəkatının liderlərindən biri olan Vallabhai Patelin şərəfinə ucaldılmışdır. Heykəltəraş Ram Vanci Sutarın müəllifi olduğu abidə indiyə qədər dünyanın ən uca monumenti sayılan Çindəki Cjunyuan Budda heykəlindən 23 metr, Nyu-Yorkdakı “Azadlıq” heykəlindən isə demək olar ki, iki dəfə hündürdür. Abidənin postamentində muzey, ətrafında park və süni göl yaradılıb, içərisində yuxarı qalxmaq üçün sürətli lift quraşdırılıb. Ən yüksək hissəsində turistlər üçün xüsusi baxış meydançası var.

Leşanda Budda heykəli

Çində yerləşən 233 fut hündürlüyündə olan nəhəng Leşanda Budda heykəli ortalama bir insan bədənindən daha uzundur. Təxminən 713-cü ildə Tan sülaləsi dövründə tikilmiş heykəl Siçuan əyalətinin cənub hissəsində Minjiang, Dadu və Qingyi çaylarının qovuşduğu yerdə uçurumun içində oyulmuşdur. Bu, müasir dövrdən əvvəl dünyanın ən hündür heykəlidir.

Nigar Orucova, “İki sahil”

Seçilən
178
ikisahil.az

1Mənbələr