AZ

"Geely" yeni krossover təqdim edəcək

Geely Galaxy E5 orta ölçülü krossoverin Çin bazarında satışı 2024-cü ilin avqustunda başlayacaq. 

News24.az xəbər verir ki, bu barədə Carnewschina.com məlumat verib.

Yeni məhsul Galaxy xəttində ilk tam elektrik modeli olacaq. Çində krossover 150-200 min yuana (indiki məzənnə ilə 1,89 milyon - 2,53 milyon rubl) satılacaq. E5-in ölçüləri 4615x1901x1670 mm, təkər bazası isə 2750 mm-dir. Avtomobil ölçülərinə görə Porsche Macan-a bənzəyir. Model qapalı radiator barmaqlığı, iti kənarları olan fənərlər və aşağı hissəsində C formalı ventilyasiya dəliklərinə malikdir.

Avtomobilin salonu üstü və alt hissəsi düz olan sükan çarxı, LCD cihazlar paneli və Dragon Eagle-1 çipində işləyən daxili Flyme Auto əməliyyat sistemi olan böyük mərkəzi idarəetmə ekranı ilə təchiz olunub.

Avtomobil həm hibrid, həm də tam elektrik enerji blokları ilə təchiz olunacaq.

Bundan əvvəl məlum olub ki, Rusiyadakı Haval dilerləri H5 SUV-ni satmağa başlayıblar. Bu avtomobillərdən biri brendin Moskvadakı rəsmi salonunda görüntülənib.

Satış menecerinin sözlərinə görə, avtomobillər paralel idxalla Rusiyaya aparılıb. Belə bir yolsuzluq avtomobilinin qiyməti 3,65 milyon rubl təşkil edir.

Qeyd olunur ki, diler bunu satmağa və ya Çindən başqa yolsuzluq avtomobili gətirməyə hazırdır. Lakin o xəbərdarlıq edir ki, rəsmi satışlar payızda başlayacaq və Haval H5-in baza qiyməti 4 milyon rubldan çox keçəcək.

Avtomobilin uzunluğu 5190 mm, təkər bazası 3140 mm-dir. Oturacaqlar qatlanmış halda baqajın həcmi 2116 litrdir. Yolsuzluq avtomobili Yaponiyanın Toyota Fortuner modelinə bənzəyir.

Qeyd edək ki, Çində yeni Haval H5 SUV iki litrlik mühərriklə təklif olunur. Birincisi 218 at gücünə malik benzin mühərrikidir. İkincisi 166 at gücünə malik dizel aqreqatıdır. Transmissiyalar mexaniki və səkkiz pilləli avtomatikdir.

Günel Məlikzadə

Seçilən
157
news24.az

1Mənbələr