AZ

Dağıstanda silahlıların hücumunu dəf edərkən 15 polis həlak olub (yenilənib)

Dağıstanda 15 polis əməkdaşı yaraqlıların hücumunun qurbanı olub, respublika rəhbəri Sergey Melikov bildirib.



Terror aktı nəticəsində Dərbənddəki pravoslav kilsəsinin keşişi  Nikolay Kotelnikov da daxil olmaqla bir neçə mülki şəxs də həlak olub.



İyunun 23-ü axşam saatlarında naməlum şəxslər Dərbənddə sinaqoq və kilsəni, daha sonra Mahaçqalada  dini radikallr  yol polisi postuna hücum ediblər. Daha sonra atışma  Dərbənddə və onun yanənda yerləşən Sergoqala kəndində baş verib.



Dağıstanda 24, 25 və 26 iyun matəm günləri elan edilib.



* * *



Terrorçular Dağıstanda kilsə və sinaqoqlara hücum edib, çoxlu sayda insan həlak olub



Bazar günü axşam saatlarında islamçı radikallar Mahaçqala və Dərbənddə kilsə və sinaqoqlara hücum edərək yandırıblar. Rəsmi məlumatlara görə 9, qeyri-rəsmi məlumatlara görə isə 20-dən çox insan həlak olub.



Bazar günü gecə yarısına olan məlumata görə, terrorçularla döyüşlər davam edib, bir neçə terrorçu və 7 polis öldürülüb.



Öldürülən terrorçulardan ikisi Dağıstan rayonlarından birinin rəhbərinin oğullarıdır.





Share




Tweet


Share



Share

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
azadliq.info

1Mənbələr