Bir illik fasilədən sonra Premyer Liqaya yüksələn "Şamaxı" yay fasiləsinin ən aktiv klubudur.
Baş məşqçi Ayxan Abbasovla anlaşan bölgə klubu heyətin formalaşması yolunda lazım olan addımları atmaqdadır.
Rəhbərlik komanda ilə bərabər infrastrukturda olan nöqsanları da aradan qaldırmağı düşünür.
Əsas problem Şamaxı şəhər stadionunun işıqlandırma sisteminin olmamasıdır.
Klub yeni mövsümün startına kimi məsələnin həll edilməsini planlaşdırır.
Hətta bu məqsədlə AFFA-ya dəstək göstərməsi üçün müraciət də ediləcək.
Hazırda idman qurğusu federasiyanın balansındadır.
Dövlət tərəfindən ayrılan 3 milyon manatlıq dotasiyadan asılı olan klubun projektorların qurlaşdırılmasını tam olaraq üzərinə götürməsi real görünmür.
"Şamaxı" rəhbərliyi ümid edir ki, AFFA-dan işlərin tez bir zamanda başlaması üçün onlara vəsait ayrılacaq.
SPORTİNFO.AZ