AZ

Bakıda iş adamı həbs edildi

Bakıda quru meyvə ticarəti ilə məşğul olan iş adamı Elman Ağasıyev həbs edilib.

 

Publika.az xəbər verir ki, Qəbələ rayon sakini olan E.Ağasıyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda zərər vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.

 

4 nəfər ondan hüquq-mühafizə orqanlarına şikayət edib. Onlar E.Ağasıyev tərəfindən aldadılaraq müvafiq olaraq 10 000, 85 850, 132 000 və 18 000 manat vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirildiyini bildiriblər.

 

Quru meyvə alqı-satqısı ilə bağlı tərəflər arasında narazılıq yaranıb və külli miqdarda borcun olması müəyyən edilib.

 

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin 20.06.2024-cü il tarixli hökmü ilə iş adamı 6 il müddətinə həbs cəzasına məhkum edilib.

Seçilən
96
29
senzor.az

10Mənbələr