AZ

Sabir Rüstəmxanlı vəzifəli şəxslərdən, Sovetin təzyiqindən, indiki analardan danışıb — VİDEO

“Mənim anam 14 uşaq dünyaya gətirmişdi. O qədər cavan qalmışdı ki, Bakıya gələndə elə bilirdilər, bacımdır”.



İctimaimedia.az xəbər verir ki, bunu “Qapqara” verilişində Milli məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı deyib.



O, müasir cəmiyyətdə bəzi qadınların övladlarını düzgün böyütmək məsuliyyətinin az olmasından gileylənib:



“Uşağı əməliyyatla dünyaya gətirirlər, ona öz südlərini vermirlər. Övladlarına layla oxumurlar, imkanı olanlar dayə tuturlar, mane olmasın deyə uşağa telefon verib başını qatırlar. Bunun nəyi analıqdır?!”.



Millət vəkili verilişdə onu da söyləyib ki, heç vaxt nə vəzifəsindən, nə də adından sui-istifadə edib:



“Heç vaxt haramla işim olmayıb. Halallıq dəbdən düşmüş sözdür. Amma halallıq onsuz da dəb üçün deyil, insanın içindəki rahatlığı qorumaq üçündür”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
ictimaimedia.az

1Mənbələr