AZ

Almaniyada iflas dalğası: 10 ilin rekordu qeydə alındı

Almaniyada iflas nisbətində artım qeydə alınıb. 2024-cü ilin ilk altı ayında bu rəqəm təxminən 30% artıb.Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "Bild" nəşri yazıb."Creditreform" Assosiasiyasının məlumatına görə, Almaniyada ilk altı ayda təxminən 11 min şirkətin müflisləşməsi qeydə alınıb ki, bu da demək olar ki, 10 ilin ən yüksək göstəricisidir.Analitiklər bu il Almaniyada biznes müflisləşmələrinin artacağını gözləyirlər ki, bu da “keçmiş böhranların problemlərini” əks etdirir."Creditreform" həmçinin hesab edir ki, 2024-cü ilin birinci yarısında iflaslar 133 minə yaxın işçiyə təsir edib. Üstəlik, 2023-cü ilin eyni dövründə bu rəqəm 125 min nəfərə çatıb.

Seçilən
158
2
mediaxeberleri.az

10Mənbələr