AZ

Dollar/yendə 160 səviyyəsini unudun – Treyderlər indi də 170-ə düşəcəyini gözləyirlər

BANKER.AZ — Yapon yeninin başı üzərində “qara buludların” çəkiləcəyi gözlənilən anda əks gözləntilər meydana gəlir. Yapon pulu ən son 1986-cı ildə görülən səviyyələrə sürüşmək riski altındadır, aşağı treyderlər Yaponiyanın çətin vəziyyətə düşən valyutasını gücləndirmək üçün hökumətin intervensiya (müdaxiləsi) kimi keçmişdəki vərdişlərindən çəkinmirlər.

Dollara nisbətdə 170 yenə qədər eniş “Sumitomo Mitsui DS Asset Management Co.” və “Mizuho Bank Ltd.” kimi iri təşkilatlara görə mümkün hesab edilir. Hazırda USD/JPY məzənnəsi 160 səviyyəsinin altındadır və bu təşkilatlar hesab edirlər ki, hazırda daha gəlirli olan dolları nəzərə aldıqda məzənnə daha 10 yen yüksələcək.

Bloomberg hesab edir ki, investorlar hazırda yen alışları üçün daha az katalizatorlar görürlər. Yen cari ildə daha 13 faiz dəyər itirib.

May ayının əvvəlindən etibarən bazarın hərəkəti bununla əsaslandırılır ki, dollar/yen məzənnəsinə intervensiya məqsədi ilə rekord 9.8 trilyon yen (61.4 milyard dollar) vəsait hökumət tərəfindən xərclənib. Bununla belə, hökumət bunu heç vaxt açıq şəkildə ictimaiyyətə demir.

“Dollar-yenin nisbətən tez 170-ə çatması potensialı var”, – deyə “ATFX Global Markets”dəki Nick Tvideyl bildirir. O hesab edir ki, qısamüddətli intervensiyalar sadəcə nəticə vermir.

Yen üzrə satış mövqeləri treyderlər tərəfindən ona görə seçilir ki, ABŞ Federal Ehtiyat Sistemi Yaponiya Bankından daha sərt pul-kredit siyasəti həyata keçirir. FED-in faiz dərəcələri artıq bir ilə yaxındır 5.5%-də saxlanarkən, Yaponiya tənzimləyicisində bu rəqəm hələ iki aydır neqativ zonadan 0.1%-ə qaldırılıb. Bu divergensiya treyderləri daha gəlirli olan dollara meyilləndirir. Eyni məsələ avroya nisbətən də keçərlidir, yen avroya nisbətən rekord həddə çatıb.

Yuxarıda qeyd edilən səbəb dünyanın üçüncü ən çox satılan valyutası olan yenin yüksək gəlirli dollardan avroya, inkişaf etməkdə olan bazardakı həmkarlarına (Çin, Meksika, Hindistan, Braziliya valyutaları və s) qədər hər şeyə qarşı əsas hədəf olmasına gətirib çıxardı.

Yaponiyanın yüksək səviyyəli valyuta rəsmisi Masato Kanda bazar ertəsi günü hökumətin lazım gələrsə, gündə 24 saat intervensiya etməyə hazır olduqları barədə xəbərdarlıq etsə də, onun sözlərinin kəsəri azdır.

Məzənnə sonuncu dəfə 2024-cü ilin aprelində son onilliklərin ən yüksək həddi olan 160.17 səviyyəsini test edib.

 

 

Seçilən
61
1
banker.az

2Mənbələr