Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi üçün yeni təlimlər keçirmək lazımdır.
News24.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin növbədənkənar sessiyası çərçivəsində iyunun 25-də keçirilən iclasında çıxışı zamanı deyib.
Deputat seçkilər məsələsinə də toxunub:
"Müxalifət sevinməlidir ki, seçkilər tez keçirilir. Onlar neçə vaxtdır deyirlər ki, aksiya keçirəcəyik və sair. Qeyd edim ki, bizim seçkilər hər bir qaydalara uyğun keçirilir".
Günel