AZ

Arxeoloqlar Meksika körfəzində “itirilmiş dünyanı” axtarırlar

Yazını böyüt
Yazını kiçilt

Arxeoloqlar Son Buz Dövrünün indi su altında qalan ərazilərini araşdırmaq üçün tədqiqata başlayıblar.

Hafta.az-ın “Heritage Daily”a istinadən yazdığına görə, Böyük Britaniyanın Bradford Universiteti keçən həftə ABŞ-dan olan təşkilatlarla əməkdaşlıq edərək Meksika körfəzində dalışlar keçirməyi planlaşdırdığını açıqlayıb.

Təxminən 115 min il əvvəl başlayan və 11 min il əvvəl sona çatan Son Buz Dövrü zamanı Meksika körfəzinin hissələri quru idi. Bu ərazilər buzlaqların əriməsi nəticəsində dəniz səviyyəsi qalxandan sonra su altında qalıb.

İndiyədək körfəzdə 50-yə yaxın sualtı ərazi aşkar edilib. Bu sualtı ərazilərin çox yaxşı vəziyyətdə olmaması burada minlərlə il əvvəl yaşamış insanlar haqqında təsəvvür yaratmağı çətinləşdirir.

ABŞ-ın Okean Enerjisinin İdarə Edilməsi Bürosundan 1,5 milyon dollar maliyyə alan 5 illik layihə Texas, Luiziana, Missisipi, Alabama və Florida sahillərində araşdırma aparacaq.

Arxeoloji əraziləri müəyyən etmək üçün yeni üsullardan istifadə ediləcəyini bildirən Bradford Universiteti, təlim və sahə araşdırmaları ilə yerli əhalinin layihənin hər mərhələsində yer alacağını əlavə edir.

"Bu, həqiqətən həyəcanvericidir. Yerli mənşəli insanların on minlərlə il əvvələ gedib çıxan bir mədəniyyəti var" deyir layihədə iştirak edən Dr. Simon Fitç. "Bir cəmiyyət olaraq biz buna lazımi qədər diqqət yetirmirik. Bunu etiraf etmək vacibdir. Bu, onların tarixinin və mədəniyyətinin bir hissəsidir".

Dəniz tədqiqatlarından sonra dalğıcların suyun altına girməsi və arxeoloji ərazilərin müəyyənləşdirilməsi planlaşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
hafta.az

1Mənbələr