AZ

Danimarka Ukrayna və Moldovaya 21 milyon dollar ayıracaq

Danimarka hökuməti Ukrayna və Moldovaya kömək məqsədilə 21,58 milyon dollar ayıracaq.

Azpost.info xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu məbləğ 2030-cu ilə qədər ayrılacaq və iki ölkəyə Aİ üzvlüyünə yaxınlaşmaq üçün zəruri olan inzibati strukturları və qanunvericiliyi yaratmağa kömək edəcək”, – məlumatda deyilir.

Aİ-nin Ukrayna və Moldova ilə danışıqları iyunun 25-də Lüksemburqda başlayacaq.

Azpost.info

Seçilən
150
azpost.info

1Mənbələr