AZ

Ölüm hökmü bərpa edilsin– Deputatdan təklif...

Image

Məlum olduğu kimi, dünən Xəzər rayonunda 3 polis əməkdaşı axtarışda olan cinayətkar tərəfindən qətlə yetirildi. Bir daha həyatını itirən polislərimizin ailəsinə dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik. Hər kəsə məlum olduğu kimi, bu gün Azərbaycanda asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizə hüquq-mühafizə orqanları müstəsna əhəmiyyət malikdir. Bu gün Azərbaycan təhlükəsizlik baxımından dünyanın ən əmin-aman ölkələrindən birinə çevrilib.

Trend-in məlumatına görə, bunu deputat Ceyhun Məmmədov parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, heç şübhəsiz ki, polisə atılmış güllə dövlətçiliyimizə qarşı addımdır və bu cinayətdə əli olan hər kəs ciddi şəkildə cəzalandırılmalıdır.

“Onu da qeyd etməliyik ki, həm birinci, həm də ikinci Qarabağ müharibəsində Azərbaycan polisi torpaqlarımızın müdafiəsində fəal iştirak ediblər. Azərbaycan müstəqilliyini əldə ilk gündən torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçiblər. Çoxlu sayda şəhid veriblər.

Bu gün də Azərbaycan polisi işğaldan azad olunmuş ərazilərdə asayişin təmin olunması üçün səylə çalışır.
Bütün bunlarla yanaşı, hesab edirəm, dünən baş verən hadisə cinayətkarlıqla mübarizədə daha sərt addımların atılmasını zəruri edir.

Eyni zamanda, düşünürəm ki, əhalidə olan qanunsuz silahlarla da bağlı sərt addımların atılmasına və tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac var.

Sonda bir məqama da diqqət çəkmək istəyirəm. İllər öncə Azərbaycanda ölüm hökmü ləğv olundu. Hərçənd ki, proseslər göstərir ki, bəzi cinayətlərin qarşısının alınması üçün bəzi hallarda ölüm cəzası daha effektivdir.

Diqqət çəkmək istədiyim əsas məqam ondan ibarətdir ki, dəfələrlə cinayət törətmiş insanların həbsdən azad olunmasına daha həssas yanaşmalıyıq. Təcrübə göstərir ki, bu insanlar həbsdən azad olunduqdan sonra eyni cinayətləri törətməyə davam edirlər. Belə olduğu halda onların cəza törətmək ehtimalı daha çoxdur”, - deyə o əlavə edib.





Seçilən
107
20
baki-xeber.com

10Mənbələr