Laçın Rayon Mərkəzi Xəstəxanasında kadr təyinatı olub.
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, Zəkiyyə Rəşidova tibb müəssisəsində laborant vəzifəsinə təyinat alıb.
O, 1973-cü il tarixində Laçın şəhərində anadan olub. 1991-1993-cü illərdə 2 nömrəli Bakı Baza Tibb Kollecinin Laçın filialında təhsil alıb. 1993-1996-cı illərdə Bakıda 25 saylı şəhər poliklinikasında, 1996-2010-cu illərdə isə 3 nömrəli şəhər poliklinikasında feldşer-laborant vəzifəsində çalışıb. 2010-cu ildən Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında, 2018-ci ildən 2024-cü ilin may ayına qədər Neyromed Klinikasında işləyib.