AZ

"Cupra" ikiqapılı model istehsal edəcək? - FOTOLAR

İspaniyanın avtomobil istehsalçısı "Cupra" ilə bağlı sürpriz fotolar yayılıb.

Hit.az xəbər verir ki, sosial şəbəkələrdə sözügedən markanın ikiqapılı modelinin görüntüləri paylaşılıb. 

Maraqlısı budur ki, belə bir model istehsal olunmayıb. Yəni görüntülərdəki avtomobil əslində mövcud deyil və tamamilə xəyal məhsuludur. Buna baxmayaraq, olduqca böyük marağa səbəb olub.

Üstəlik, xəyali modelə ad da veriblər. Onu "Cupra Neveda" adlandırıblar. Ustalıqla hazırlanan fotolardakı avtomobilin rənginin qırmızı olması da xeyli diqqət çəkib. Gözoxşayan avtomobilin əslində var olan bir prototip əsasında hazırlandığı bildirilib.

Xəyali avtomobilin 150 at gücündə "olduğu" vurğulanıb. Həmçinin, dizel və hibrid modellərinin də istehsal olunacağı arzulanıb.

Qeyd edək ki, fotolardan təsirlənən sosial şəbəkə istifadəçiləri və avtomobil həvəskarlarə "Cupra"dan həqiqətən belə bir model istehsal etməyi tələb edirlər.

Pərviz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
hit.az

1Mənbələr