AZ

Türk lirəsi antirekord qırdı

Türkiyənin milli valyutası bir dollar üçün 33 türk lirəsi həddini keçərək antirekord qırıb.

KONKRET.az xəbər verir ki, çərşənbə axşamı hərracda lirənin maksimal məzənnəsi bir dollar üçün 33,13 lirə olub.

Türkiyə valyutası 2023-cü ilin may ayında respublikada prezident və parlament seçkiləri keçirilən zaman sürətlə ucuzlaşmağa başlayıb. Mayın 14-də keçirilən prezident seçkilərinin birinci turu öncəsi lirənin məzənnəsi 1 dollar üçün 19,57 olub.

Türkiyə Mərkəzi Bankının iyun ayı ərzində araşdırdığı bazar iştirakçılarının proqnozlarına görə, ilin sonuna milli valyutanın məzənnəsinin bir dollar üçün 37,75 türk lirəsi olacağı gözlənilir.

Türkiyə hakimiyyət orqanları Türkiyə iqtisadiyyatında vəziyyətin ilin ikinci yarısında sabitləşməyə başlayacağını bildirib. Türkiyə Maliyyə Nazirliyinin rəhbəri Mehmet Şimşək bildirib ki, inflyasiyanın azalması iyunda başlayacaq və ilin sonuna may ayındaki 75,4%-dən 38%-ə enəcək.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
konkret.az

1Mənbələr