AZ

6 aylıq körpə təcili tibbi yardım briqadası tərəfindən Gəncədən Bakıya hospitalizasiya olunub » Medical Media


Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Gəncə şəhəri üzrə təcili tibbi yardımına 24.06.2024-cü il tarixində saat 09:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasından valideyn himayəsindən məhrum olan 6 aylıq körpə (kişi cinsli) üçün çağırış daxil olub.
 
Mərkəzdən Medicalmedia.az-a bildirilib ki, dərhal çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
 
Təcili tibbi yardım briqadası tərəfindən körpəyə zəruri tibbi yardımlar göstərilməyə başlanılıb.
 
Körpə xüsusi qida rejimində və həkim nəzarəti altında saxlanılaraq ətraflı müayinə məqsədilə Bakı şəhəri ərazisində yerləşən N. Nərimanov adına 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına hospitalizasiya olunub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
1
medicalmedia.az

2Mənbələr