AZ

Sürücünün səhvi ailə faciəsinə SƏBƏB OLDU

Rusiyanın Krasnodar vilayətindəki ticarət mərkəzlərindən birində avtomobil dayanacağın üçüncü mərtəbəsindən yerə düşüb.

Medianews.az “Shot” teleqram kanalına istinadla xəbər verir ki, maşında ər-arvad və onların oğlu olub.

Məlumata görə, sürücü pedalları səhv salaraq avtomobili ticarət mərkəzinin avtodayanacağının divarına çırpıb və oradan yerə düşüb. Hadisə şahidləri dərhal maşındakı insanların köməyinə gəliblər.

Kuban Dövlət Yol Müfəttişliyindən bildirilib ki, avtomobildə olan bir ailə üzvlərinin hamısı ölüb. Onlar aldıqları xəsarətlərdən yerindəcə keçiniblər.

Krasnodar vilayətinin başçısı Veniamin Kondratyev hüquq-mühafizə orqanlarını hadisənin səbəblərini tez bir zamanda müəyyənləşdirməyə, bina sahibini isə dayanacaqda əlavə təhlükəsizlik tədbirləri görməyə çağırıb.

Regional Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı istintaq aparılır.

Turan ORUC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
1
medianews.az

2Mənbələr