Bakı. Trend:
Ölkənin hər yerini əhatə edən “Milliön” ödəmə terminallarınınsayı artmaqdadır.
Artıq 1250 yeni terminal quraşdırılmağa hazırlanır. Ümumilikdə,il sonunadək quraşdırılacaq ödəmə terminallarının sayı 1500-ikeçəcək. Bunların 60 faizi regionları, 40 faizi isə Bakı və Abşeronərazisini əhatə edəcək.
Hazırda Bakı, Sumqayıt və Abşeronda 2270, Quba-Qusar zonasında250-dən çox, Naxçıvanda 160, Lənkəran-Astarada 306, Qarabağda 27,Şəki-Zaqatalada 164, Qəbələ-İsmayıllıda 124, Aran zonasında 213,Tovuz-Gədəbəy ərazisində isə 700-dən çox “Milliön” ödəmə terminalıfəaliyyət göstərir.
900 növ xidmətlə hər ay milyonlarla insana xitab edən “Milliön”bir “PashaPay” məhsuludur.