AZ

“Azercell” abunəçilərinə maarifləndirmə xarakterli SMS-bildiriş göndərilib

“Azercell”

Bakı, 25 iyun, AZƏRTAC

26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü münasibətilə təşkil edilən silsilə tədbirlərin davamı olaraq Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu aidiyyəti qurumla birgə ilə iyunun 21 və 25-də “Azercell” abunəçilərinə SMS şəklində zəruri bildiriş (DK İsci Qrup: Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq! www.nmdk.gov.az , Qaynar xətt:802) göndərilib.

Bu barədə AZƏRTAC-a komissiyanın işçi qrupundan məlumat verilib.

SMS-lər mərhələli qaydada 4 gün ərzində təqribən 5 milyon 600 minə yaxın abunəçiyə ünvanlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
3
azertag.az

4Mənbələr