AZ

"Tesla" insanabənzər robotlarının qiymətini açıqlayıb

"Tesla" korporasiyası insanabənzər "Optimus Gen 2" robotlarının qiymətini açıqlayıb.

Bu barədə İqtisadiyyat.az "Lenta.ru"ya istinadən xəbər verir.

Məlumata görə, şirkət rəhbərləri "Optimus Gen 2" robotunun istehsal dəyərinin 10 min dollar olacağını açıqlayıblar. "Tesla" bu robotların təxmini qiymətinin 10-20 min dollar olacağını açıqlayıblar.

Korporasiyanın rəhbəri İlon Maskın sözlərinə görə, münasib qiymətləri saxlamaq üçün "Tesla" robotların kütləvi istehsalına başlamalı olacaq. "Optimus Gen 2"nin tam satışı 2028-2030-cu illərdə başlayacaq. "Tesla" robotu 10 kiloqram çəkiyə, 11 dərəcə sərbəstliyə malik manipulyatorlara, sensorlar və müxtəlif mexanizmlərə, robot ayaqlara malikdir.

Onun fikrincə, 2030-cu ilə qədər "Optimus" fabriklərdə çalışan işçilərin təxminən 60 faizini əvəz edəcək.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
iqtisadiyyat.az

1Mənbələr