AZ

İlahiyyatçı Hacı Salman Kamiloğlu həbs olunub

İlahiyyatçı Hacı Salman Kamiloğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.


APA xəbər verir ki, bu gün Abşeron rayon Məhkəməsində hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, Hacı Salman Kamiloğlu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Qeyd edək ki, ilahiyyatçı Cinayət Məcəlləsinin 153.2-ci (On altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər - Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi üzrə ittiham olunur.


Hazırda Abşeron rayon Polis İdarəsində fakt üzrə istintaq hərəkətləri aparılır.

Seçilən
79
24
senzor.az

10Mənbələr