Bu gün Avro-2024-də qrup mərhələsində 3-cü turun növbəti oyunları keçirilir.
QOL.az xəbər verir ki, bu gün 4 matç oynanılır.
D qrupunda Niderland Avstriyaya 2:3 hesab ilə uduzub, Fransa isə Polşa ilə 1:1 hesablı heç-heçə edib. Bununla da Avstriya qrup lideri kimi, Fransa isə 2-ci yerin sahibi kimi 1/8 finala adlayıb. Polşa yarışda mübarizəni başa vurub. Niderland isə hələ də 1/8 final şansını davam etdirir. Çünki reqlamentə əsasən, qrup mərhələsində 3-cü yeri tutan ən yaxşı 4 komanda pley-offa adlayacaq.
C qrupunda isə İngiltərə Sloveniya ilə, Danimarka Serbiya ilə qarşılaşacaq. Sözügedən oyunlara Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
25 iyun
D qrupu, 3-cü tur
20:00. Niderland - Avstriya - 2:3
Qollar: Qakpo, 47, Depay, 75 - Malen, 6-avtoqol, Şmid, 59, Sabitzer, 80
Baş hakim: İvan Krujlyak (Slovakiya)
Berlin Olimpiya Stadionu
20:00. Fransa - Polşa - 1:1
Qollar: Mbappe, 56-pen. - Levandovski, 79-pen.
Baş hakim: Marko Quida (İtaliya)
Dortmund, "Siqnal İduna Park"
N | Komandalar | O | Q | H | M | T-F | X |
1 | Avstriya | 3 | 2 | 0 | 1 | 6-4 | 6 |
2 | Fransa | 3 | 1 | 2 | 0 | 2-1 | 5 |
3 | Niderland | 3 | 1 | 1 | 1 | 4-4 | 4 |
4 | Polşa | 3 | 0 | 1 | 2 | 3-6 | 1 |
C qrupu, 3-cü tur
23:00. İngiltərə - Sloveniya
Baş hakim: Klement Turpin (Fransa)
Köln, “Reyn Enerqi” stadionu
23:00. Danimarka - Serbiya
Baş hakim: Fransua Leteksye (Fransa)
Münhen, "Alyans Arena"
N | Komandalar | O | Q | H | M | T-F | X |
1 | İngiltərə | 2 | 1 | 1 | 0 | 2:1 | 4 |
2 | Danimarka | 2 | 0 | 2 | 0 | 2:2 | 2 |
3 | Sloveniya | 2 | 0 | 2 | 0 | 2:2 | 2 |
4 | Serbiya | 2 | 0 | 1 | 1 | 1:2 | 1 |