AZ

Naxçıvanın dağ kəndlərinin avtomobil yollarında yaranan məhdudiyyət aradan qaldırılır

Naxçıvanın dağ kəndlərinin avtomobil yollarında yaranan məhdudiyyət aradan qaldırılır

Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Ayrınc, Qızıl Qışlaq və Kükü kəndləri ərazisində müşahidə olunan güclü yağış bir neçə avtomobil yolunun hərəkət hissəsində məhdudiyyət yaradıb.

Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə agentliyin xüsusi texnika və canlı qüvvələri səfərbər olunub.

Hazırda yollarda təmizləmə işləri davam etdirilir.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
ilk.az

2Mənbələr