AZ

İmişli rayonunun Şahverdili və Xubyarlı kəndləri ərazisindən çınqıl-qum qarışığının qanunsuz götürənlərə protokol tərtib edilib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı İmişli rayonunun Şahverdili və Xubyarlı kəndləri ərazisindən çınqıl-qum qarışığının qanunsuz götürülməsi faktları aşkar olunub.


Araşdırma zamanı hüquqi sənədləri olmadan Şahverdili kənd sakini Əjdər Əzizov, Bakı şəhər sakini Vasif Rəhimov və “Azqum” MMC  tərəfindən ümumilikdə 3023 m3 həcmində çınqıl-qum qarışığının qanunsuz götürüldüyü müəyyən edilib.
Faktlarla bağlı adıçəkilən şəxslər barəsində fiziki şəxs qismində, “Azqum” MMC barəsində isə hüquqi şəxs qismində protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb. Ekologiya.az
Seçilən
199
ekologiya.az

1Mənbələr