AZ

Seul hesab edir ki, Şimali Koreyanın raketi çox güman ki, havada partlayıb

Koreya Xalq Demokratik Respublikasının (KXDR) yerli vaxtla saat 05:30-da (00:30) buraxdığı raket çox güman ki, uçuş zamanı partlayıb. Bizimyol.info xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb. “Şimali Koreya tərəfindən buraxılan raket 250 km uçub və Vonsandan şərqdə dəniz üzərində havada partlayıb. Parçalar bir neçə kilometr radiusa səpələnib və dənizə düşüb”, - deyə Qərargah Rəisləri Komitəsinin nümayəndəsi bildirib. Bundan əvvəl komitə Pxenyandan Yapon dənizinə doğru ballistik raketin buraxılmasının çox güman ki, uğursuzluqla başa çatdığını bildirmişdi. Seul səsdən sürətli raketin sınaqdan keçirildiyini etiraf edib. “Çərşənbə günü buraxılan raket təxminən 250 km uçub. Görünür, səsdən sürətli raketin sınağı baş tutdu, lakin o, uğursuzluqla başa çatdı”, - deyə agentliyə hərbçilər arasında olan mənbə bildirib. İyunun 24-də Amerika nüvə təyyarədaşıyıcısının Cənubi Koreyanın Busan şəhərinin limanına səfəri fonunda Şimali Koreyanın müdafiə nazirinin müavini Kim Qanq İl bildirib ki, Xalq Respublikasında ABŞ və Koreya Respublikasının güc nümayişinə cavab olaraq öz yeni çəkindirmə potensialını nümayiş etdirə bilər. Bundan əlavə, iyunun 24-25-də KXDR Cənubi Koreya ərazisinə zibil balonları buraxıb. Mayın 28-dən bu yana altıncı belə aksiya dünən baş tutub. Cənubi Koreya tərəfi həmin gecə atılan 250 şarı qeydə alıb. Qadir, Bizimyol.info

Seçilən
165
27
bizimyol.info

10Mənbələr