AZ

Dünyanın ən böyük uran yatağı Fransa şirkətindən alındı

Nigerdə yerləşən dünyanın ən böyük uran yatağı Fransa şirkətindən alınaraq hökumətə qaytarılıb.

FED.az xəbər verir ki, bu yatağın istismarı üçün lisenziyası olan Fransanın «Orano» şirkəti yatağın işlənməsi ilə bağlı öhdəliklərini yerinə yetirməyib.

Ehtiyatları 200 min ton həcmində qiymətləndirilən yatağın işlənməsi hələ 2015-ci ildən başlanmalıydı. Amma 2011-ci ildə Yaponiyadakı zəlzələ və Fukusimedəki fəlakətdən sonra dünyada uranın qiyməti kəskin aşağı düşdüyünə görə bu işlər təxirə salınıb.

Dünya Nüvə Assrsiasiyasının məlumatına görə, 2022-ci ildə bütün dünyada hasil edilən uranın 4%-i Nigerin payına düşüb. Fransa isə özünün urana olan tələbatının 15%-ni Nigerin hesabına təmin edir. Ümumiyyətlə Avropa Birliyinin enerji şirkətləri uran ehtiyatlarına görə Nigerdən asılı duruma düşüblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
fed.az

1Mənbələr