AZ

Pentaqon polkovnikindən ABŞ-a xəbərdarlıq: Türkiyəni itiririk, ayılın

Pentaqon rəhbərinin keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor ABŞ-a NATO müttəfiqinin itkisi ilə bağlı xəbərdarlıq edib.

Turkustan.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.

Pentaqonun sabiq rəsmisi Türkiyənin Rusiya və Çin ilə ortaqlıq marağının ABŞ-ın özünü təcrid etdiyi mənasına gəldiyini deyib.

“Qlobal Cənubda inkişaf etməkdə olan ölkələr sanksiyalarda iştirak etmək əvəzinə Moskva və Pekinlə iqtisadi əlaqələri gücləndirirlər. NATO müttəfiqimiz olan Türkiyə isə indi çox güman ki, BRİKS-ə qoşulacaq ”.

Polkovnik Vaşinqton elitasını ABŞ-ın beynəlxalq təcridinə diqqət yetirməyə çağırıb.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Türkiyə BRİKS-ə qoşulmaq istəyir. Vladimir Putin Fidanla görüşündə qeyd edib ki, Rusiya Türkiyənin BRİKS-ə marağını alqışlayır və ümumi problemlərin həlli istiqamətində bu ölkəyə dəstək verəcək.

Seçilən
57
1
turkustan.az

2Mənbələr