PSJ italiyalı qapıçı Canluici Donnarumma ilə əməkdaşlığı davam etdirməkdə maraqlıdır.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.
O Paris klubunun rəhbərliyi 25 yaşlı futbolçu ilə 2028-ci ilin yayına qədər qüvvədə olan yeni müqavilə bağlamaq niyyətində olduğunu qeyd edib
Xatırladaq ki, Donnarumma 2021-ci ilin iyulunda azad agent kimi “Milan”dan PSJ-yə keçmişdi.
Qapıçı ötən mövsüm parislilərin heyətində 42 oyun keçirib, onlardan 16-da qapını təmiz saxlayıb, qalanlarında isə ümumilikdə 38 qol buraxıb. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 40 milyon avrodur PSJ-nin tərkibində Donnarumma üç dəfə Fransa çempionu olub.