AZ

Qızıla yatırılan investisiyanın gəlirləri - SON 10 İLDƏ SƏKKİZ DƏFƏ ARTIB

Dünyada qızılın investisiya gəlirləri 2000-ci illərin sonundan bəri səkkiz dəfə artıb.

Qlobal birbaşa xarici investisiyalar azalıb - DETALLAR

FED.az xəbər verir ki, Bu barədə Yaponiyanın biznes qəzeti «Nikkei» məlumat yayıb.

Qeyd olunur ki, qızıla investisiyala digər bütün alətlərdən daha gəlirli olub.

Belə ki, sözügedən dövrdə qızıldan əldə edilən gəlirlərin artımı Amerikanın fond bazarında qiymətli kağızlara investisiyalardan əldə edilən gəlirin artımından daha artı qolub – ABŞ fond bazarının gəlirliyi 2000-ci illərin sonundan cəmi 6 dəfə artıb.

Ümumilikdə isə dünya üzrə qiymətli kağızlara investisiyalardan əldə olunan gəlir səviyyəsi eyni dövrdə cəmi iki dəfə artıb.

Bildirilir ki, qlobal inflyasiya, pisləşən maliyyə şəraiti, eləcə də dünyada qeyri-sabit geosiyasi vəziyyət dolların təsirinin zəifləməsinə, qızılın isə uzun müddət ərzində daha cəlbedici “qeyri-dövlət valyutasına” çevrilməsinə səbəb olub.

 

Seçilən
119
1
fed.az

2Mənbələr