AZ

Qubada torpaq sürüşməsi səbəbindən Şahdağa gedən yol BAĞLANDI – FOTO

Qubanın dağlıq Qızılqaya massuvində torpaq sürüşməsi baş verib.

Bu barədə Bizim.Media-ya Quba İcra başçısının Xınalıq ərazi nümayəndəliyi üzrə nümayəndəsi Nəsimi Məmmədov məlumat verib. O, sürüşən ərazinin 60 hektara yaxın olduğunu, sürüşən torpağın isə Xınalıq çayına axıb gəldiyini deyib.

Sürüşmə nəticəsində Şahdağ massivinə gedən yol bağlanıb. Həmçinin sürüşən ərazinin yaylaq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazisi olduğu deyilir.
Qeyd olunur ki, sürüşmə gecə ssatlarında olsa da, hələlik proses aktiv deyil.







Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
130
18
bizim.media

10Mənbələr