AZ

"iPhone"da YENİLİKLƏR

"Apple" şirkəti "iPhone"un korpusunun arxa qapağının başqası ilə əvəzlənməsinə imkan verəcək texnologiya üçün patent ərizəsi verib.

Tehsil.biz xəbər verir ki, bu haqda championat.com məlumat paylaşıb.

Yeniliyə əsasən, cihazın arxa ekran və əlavə kameralarını dəyişdirmək mümkün olacaq.

Bununla yanaşı, müxtəlif funksiyalar - əlavə batareya, sağlamlıq monitorinqi sensorları və s. əlavə edə bilərsiniz.

Çıxarılan qapaq kamera moduluna toxunmur, lakin "Apple" iddia edir ki, yenilik çəkiliş qurğusunu dəyişməyə və genişləndirməyə imkan verəcək.

Mütəxəssislər cihazın 2025-ci ildə satışa çıxarılacağını güman edirlər.

Seçilən
249
6
tehsil.biz

10Mənbələr