AZ

Payızda hansı meyvələr qıt olacaq?

Son günlər ölkədə qeyri-sabit hava şəraiti davam edir.

Mövümə uyğun olmayan leysan xarakterli yağışlar yağır, güclü külək əsir, bölgələrə tez-tez dolu düşür.

Məlumdur ki, qeyri-sabit hava şəraiti məhsuladarlığa mənfi təsir edir.

Maraqlıdır ki, davam edən hava şəraiti ilə bağlı payızda məhsullarda qıtlıq yaranacaq?

Məsələ ilə bağlı iqtisadçı Akif Nəsirli "Cebhe.info"-ya açıqlamasında bildirib ki, hazırkı hava şəraitinin payızlıq meyvələrə çox da ziyanı yoxdur:

"Amma dolu yağan yerlərə ciddi ziyan dəyir. Yetişməyən meyvələri dolu yerə tökür. Tez-tez yağan yağışlar da meyvələrdə, xüsusilə narda xəstəlik yaradır. Buna görə ola bilsin ki, bu il nar qıt olacaq. Yağış və dolunun yağması məhsuldarlığa təsir edə bilər, amma dəqiq proqnoz vermək doğru deyil. Çünki biz yerli informasiyaları əldə edə bilməmişik, dəyən ziyanı tam bilmirik. Ancaq deyə bilərik ki, haraya dolu düşübsə, orada məhsuldarlığa ciddi ziyan dəyib" .

Seçilən
50
1
turkustan.az

2Mənbələr