AZ

"Təəssüf ki, Almaniyadan getmək məcburiyyətindəyik" - Mixal Probej

Polşa millisinin baş məşqçisi Mixal Probej Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin III turundakı matçdan - Fransa ilə oyundan (0:0) sonra fikirlərini bölüşüb.

Fanat.Az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 51 yaşlı çalışdırıcı belə danışıb:

"Avropa çempionatında mübarizəni dayandırsq da, azarkeşlərimizə dəstəkləri üçün təşəkkür etmək istərdim. Sonadək çalışdıq, yaxşı oyunlarımız oldu. Mən yenə də futbola davam etmək istəyirəm. Oyunçulara sədaqətlərinə görə minnətdaram. Pley-offa vəsiqə qazana bilmədiyimiz üçün təəssüf ki, Almaniyadan getmək məcburiyyətindəyik".

Nihat


 

Seçilən
152
fanat.az

1Mənbələr