AZ

İsrail Livana "fosfor bombaları" ilə hücum etdi

İsrail ordusu Livanın cənubundakı əl-Xiam qəsəbəsinə "fosfor bombaları" ilə hücum edib.

Turkustan.az xəbər verir ki, Livanın rəsmi agentliyi NNA- nın xəbərində İsrail ordusunun artilleriya bölmələrinin Kefr Kila bölgəsindəki əl-Adise qəsəbəsinin ətrafını bombaladığı bildirilib.

Xəbərdə İsrail qüvvələrinin əl-Xiyam qəsəbəsindəki Mətal əl-Cəbel bölgəsini fosfor bombaları ilə hədəfə aldığı bildirilib.

Qeyd olunub ki, İsrail döyüş təyyarələri əl-Hıyam-Bab əs-Səniyye qəsəbəsini bombalayıb, Ayta əş-Şaab qəsəbəsinə 2 hava-yer raketi ilə hücum edib, artilleriya bölmələri isə əl-Vəzani qəsəbəsi ətrafını hədəf alıb.

Həmçinin bildirilib ki, İsrail artilleriya bölmələri Vadi Hamul bölgəsini və əd-Dahira qəsəbəsinin ətrafını vurub.

İsrail ordusunun Hasbiyadakı Şeba qəsəbə vadisini bombardman etməsi nəticəsində 3 evin dağıldığı, xəsarət alan və itkilərin olmadığı bildirilib.

2023-cü il oktyabrın 8-dən Livan-İsrail sərhədində Hizbullah ilə İsrail ordusu arasında qarşılıqlı toqquşmalar davam edir.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
12
1
turkustan.az

3Mənbələr