AZ

Azərbaycanın İtaliyadan aldığı “C-27J Spartan”ın göstəriciləri

Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsi təqdim olunub.

Yeniavaz.com xəbər verir ki, Azərbaycan ilə “Leonardo” şirkəti arasında “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin alınması ilə bağlı müqavilə 2023-cü ilin iyun ayının 8-də imzalanıb.

Məlumat üçün bildirək ki, Azərbaycanın “C-27J Spartan” təyyarəsi üçün “Leonardo” şirkətinə nə qədər vəsait ödədiyi açıqlanmayıb.

Qeyd edək ki, “C-27J Spartan” təyyarəsinin əsas göstəriciləri aşağıdakı kimidir:

Ekipaj – 2 nəfər
Sərnişin tutumu – 60-a qədər əsgər və ya 46 paraşütçü və ya 6 müşayiət edən şəxslə xərəyələrdə 36 yaralı.
Yükgötürmə qabiliyyəti – 11.300 kq.
Uzunluq – 22.7 metr
Qanad genişliyi – 28.7 metr
Qanad sahəsi – 82 kv. metr
Hündürlük –9.64 m
Yük sahəsi- 3,33 x 2,60 metr
Çəki
Boş təyyarə - 17 500 kq.
Maksimal çəki - 32.500 kq.
Uçuş xüsusiyyətləri
Kruiz sürəti – 583 km/saat
Maksimum sürət – 602 km/saat
Minimum sürət – 194 km/saat

Onu da bildirək ki, hazırda dünyanın 10-dan çox ölkəsinin hərbi hava qüvvələrində “C-27J Spartan” təyyarəsindən istifadə olunur. Bu ölkələrin arasında İtaliya, ABŞ, Yunanıstan, Bolqarıstan, Rumıniya, Sloveniya, Slovakiya, Litva kimi NATO ölkələri də yer alır./yeniavaz.com/

Seçilən
15
2
turkustan.az

3Mənbələr