AZ

İçki və narkotik istifadəsi nəticəsində ölənlərin sayı hər il ARTIR

Hər il 3 milyondan çox insan içki və narkotik istifadəsi səbəbindən dünyasını dəyişir.

 

Sfera.az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Qeyd olunub ki, bu insanların əksəriyyəti kişilərdir.

 

Hesabatda hər il 0,6 milyon insanın psixoaktiv narkotik istifadəsi, 2 milyon insanın spirtli içki, 0,4 milyon insanın isə narkotik səbəbilə öldüyü açıqlanıb.

 

“Dünyada təxminən 400 milyon insan alkoqol və narkotik istifadəsi nəticəsində yaranan pozğunluqlarla yaşayır. Onlardan 209 milyonu isə alkoqol aludəsidir. 2010-cu ildən alkoqolla bağlı ölüm hallarında müəyyən azalma olsa da, alkoqol istehlakı ilə bağlı ölümlərin ümumi sayı yüksək olaraq qalır”.

 

Məlumata əsasən, alkoqoldan ölənlərin sayı 2019-cu ildə Avropa və Afrikada ən yüksək göstəricilərlə 2,6 milyon nəfərə çatıb. Hesabatda aşağı gəlirli ölkələrdə alkoqoldan ölüm hallarının yüksək gəlirli ölkələrə nisbətən daha çox olduğuna diqqət çəkilib. “2019-cu ildə alkoqoldan ölənlərin ən yüksək nisbəti (13 faiz) 20-39 yaş arası gənclərdə müşahidə olunub”, - əlavə edilib.

 

Qurumun baş direktoru Tedros Adhanom Qebreyesus isə mövzu ilə bağlı bunları deyib: “Maddə istifadəsi fərdi sağlamlığa ciddi ziyan vurur, xroniki xəstəliklər və psixi sağlamlıq problemləri riskini artırır və hər il milyonlarla ölüm faktı ilə nəticələnir”.

 

O, bu istiqamətdə cəsarətli addımların atılmasının vacibliyini vurğulayıb.

 

Günay 

Seçilən
106
1
sfera.az

2Mənbələr