AZ

Mübahisəli bölgədə gərginlik: Bu ölkə Çinə nota verdi

Filippin Cənubi Çin dənizinin mübahisəli bölgəsində ölkə qüvvələrinə qarşı "aqressiv" münasibətinə görə Pekinə nota verib.

Publika.az xəbər verir ki, Filippin gəmisinin "Ayungin Shoal" gəmisini təchiz etməsinə mane olan Çin sahil mühafizəsi əməkdaşlarına reaksiya verilib.

Filippin Xarici İşlər Naziri Enrike Manalo beynəlxalq mətbuat konfransında Filippin hökumətinin keçən həftə Çinə nota verdiyini açıqlayıb.

Sözügedən hadisə ilə bağlı Çin səfiri Huang Xilian ilə danışdığını bildirən Manalo söhbətin məzmunu ilə bağlı məlumat verməyib.

Seçilən
117
publika.az

1Mənbələr