AZ

Eynşteynın məktubu hərraca çıxarılacaq

Məşhur nəzəri fizik və alim Albert Eynşteynın ABŞ-ın keçmiş prezidenti Franklin Ruzveltə nasistlərin “çox güclü bombalar” yaratmaq üçün nüvə tədqiqatı gücünə malik ola biləcəyi barədə xəbərdarlıq etdiyi məktub sentyabrda hərraca çıxarılacaq.
Məşhur nəzəri fizik və alim Albert Eynşteynin ABŞ-ın keçmiş prezidenti Franklin Ruzveltə nasistlərin “çox güclü bombalar” yaratmaq üçün nüvə tədqiqatı gücünə malik ola biləcəyi barədə xəbərdarlıq etdiyi məktub sentyabrda hərraca çıxarılacaq.
Elchi.az “The Guardian”-ə istinadən xəbər verir ki, dəyəri təxminən 4 milyon dollar olduğu təxmin edilən iki səhifəlik məktubu “Christie’s” adlı hərrac şirkəti sentyabrda hərraca çıxaracaq.
Məktubda Eynşteyn o zamankı Almaniya hökumətinin nüvə tədqiqatlarını dəstəklədiyini və bu araşdırmalar nəticəsində “çox güclü bombalar” istehsal edə biləcəyini xəbərdar edir və ABŞ-ın da oxşar fəaliyyətlərə əl atmasını tövsiyə edir.
Almaniyanın Polşanı işğal etməsindən bir neçə həftə əvvəl yazılan 2 avqust 1939-cu il tarixli məktubda Eynşteyn uranın mühüm enerji mənbəyi ola biləcəyinə işarə edir.
Məktubda nəzəri fizik böyük uran kütlələrinin nüvə zəncirvari reaksiya yarada biləcəyini bildirir və bu reaksiyadan bomba hazırlamaq üçün istifadə oluna biləcəyini vurğulayır.
Microsoft-un həmtəsisçisi Pol Allen məktubu 2002-ci ildə Malcolm Forbes-dan 2,1 milyon dollara aldıqdan sonra məktubun sonuncu sahibi olub.
Məktubun uzun nüsxəsi Hyde Parkdakı Ruzvelt kitabxanasındadır.Şayəstə Hüseynova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
1
elchi.az

2Mənbələr