Azərbaycan millisinin üzvü Coşqun Diniyev "Ümraniyespor"dan ayrılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə 28 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesablarında məlumat yayıb.
O, 1-ci liqa təmsilçisi ilə vidalaşıb.
Coşqun ötən mövsümün əvvəlindən "Ümraniyespor"da oynayırdı.