Daha bir klubumuz loqosunu yeniləyib.
Offsideplus.az xəbər verir ki, "Sabah" klubunun ardınca “Neftçi” də yeni loqosunu təqdim edib. Minimalist dizaynda olan loqoda "ağ-qaralar"ın ilk embleminin konturlarından, klubun adının baş hərfi olan “N” hərfi və neft buruqlarından istifadə edilərək brendin əsas vizual atributu hazırlanıb. Klubun ənənəvi ağ-qara rəngləri fonunda hazırlanan loqo emblem tərzindədir.
Klubun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir:
"Müasirləşən loqonun verdiyi mesajda köklərə bağlılıqla yanaşı, nəsillərarası güclü əlaqə də öz əksini tapıb. Təsadüfi deyil ki, yeni sloqan da bu iki amili özündə birləşdirir:
İllərin “Neftçi”si
Gələcək nəsillərin “Neftçi”si!"