AZ

Lənkəranda güclü külək başlayıb: Lerik rayonu üçün xəbərdarlıq edildi

Axşam saatlarında Lerik rayonunda hava şəraiti ilə bağlı xəbərdarlıq olunub.

Hazırda Lənkəranda güclü külək müşahidə olunur, arabir ildırım çaxır.

Elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Lerik rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov APA-nın cənub bürosuna verdiyi məlumatda bildirib ki, axşam saatlarında Lerik rayonu ərazisi üçün kəskin hava şəraiti ilə bağlı xəbərdarlıq olunub.

“Lerik – Lənkəran yolunda hərəkət bərpa olunub. Hazırda dağlardan düşən torpaq qatı ağır texnikalar vasitəsilə ərazidən kənarlaşdırılır”.

Qeyd edək ki, bölgədə küləkli hava şəraiti davam edir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
8
tribunainfo.az

9Mənbələr