Finlandiya İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) proqramına Aİ və İƏİT-ə gələcək üzvlüyə hazırlıq məqsədilə Ukrayna qanunvericiliyini və institutlarını təkmilləşdirmək məqsədi ilə 500 min avro ayırıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə çərşənbə günü Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Ukrayna üçün proqram 2023-cü ildə başlayıb və OECD bu tərz proqramlarının ən böyüyüdür. Proqram dörd il üçün nəzərdə tutulub", - məlumatda qeyd olunub.